Yeni telekanalla bağlı müsabiqənin qalibi Real TV oldu

Bu gün Milli Televiziya və Radio Şurasının (MTRŞ) növbəti iclası keçirilib.

MTRŞ-nın şöbə müdiri Nemət Cavadovun verdiyi məlumata görə, iclasda ixtisaslaşmış (xəbər) ümumrespublika televiziya kanalının açılması üçün (Bakı şəhəri və Abşeron yarımadası ərazisində SD yayım üçün 48-ci, HD yayım üçün 37-ci tezlik resursuna) elan etdiyi müsabiqədə iştirak etmiş “Real Təhlil İnformasiya Mərkəzi” MMC (Real TV), “TV-Media Azerbaijan” MMC və “RTV” MMC-nin sənədlərinə baxılıb, müsabiqənin nəticələri müzakirə edilib.

O qeyd edib ki, müvafiq qanunvericiliyi rəhbər tutaraq digər iddiaçılarla müqayisədə daha üstün yaradıcılıq imkanlarına, daha münasib maddi-texniki bazaya və peşəkar kadr potensialına malik olan “Real Təhlil İnformasiya Mərkəzi” MMC-ni ümumrespublika televiziya yayım kanalının açılması üçün (Bakı şəhəri və Abşeron yarımadası ərazisində SD yayım üçün 48-ci, HD yayım üçün 37-ci tezlik resursuna) 11 martdan 11 aprelədək elan edilmiş müsabiqənin qalibi elan edilib və ona 37-ci TV yayım kanalında ümumrespublika televiziya yayımı üçün müddətsiz lisenziya verilib.

ONA

COP29