Yeni təsis edilən sərhəd-buraxılış məntəqəsi işıqla təmin olundu

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında qurulan sərhəd-buraxılış məntəqəsi Azərişıq ASC tərəfindən elektrik enerjisi ilə təmin olunub.

Bu barədə Yenicag.az-a qurumdan bildirilib.

Qeyd edək ki, prezident İlham Əliyevin müvafiq tapşırıqlarına uyğun olaraq, işğaldan azad olunmuş ərazilərdə strateji əhəmiyyətli obyektlər, hərbi hissələr və sərhəd zastavaları fasiləsiz elektrik enerjisi ilə təchiz edilib.