!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Yeni tətbiq edilən YOL VERGİSİ: Qərarın müsbət və mənfi tərəfləri - ŞƏRH

!Reklam – Yazi

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu təsdiqləyib. Yeni qərara əsasən, bundan sonra Azərbaycan ərazisindən tranzit keçən, xarici dövlətlərdə qeydiyyatda olan avtonəqliyyat vasitələrinin sahibləri və ya həmin nəqliyyat vasitəsini idarə edən şəxslər yol vergisinin ödəyicisi hesab olunacaq.

Bu qərarın hansı üstünlükləri olacaq? Ümumiyyətlə, yol vergisinin tətbiq olunması hansı sahələrə ziyan və yaxud xeyir verə bilər?

Məsələ ilə bağlı Yenicag.az-a açıqlama verən nəqliyyat eksperti İlqar Hüseynli bildirib ki, dünya praktikasında bu qərar çoxdan tətbiq olunur:

“Hər hansısa xarici yük maşını ölkəmizdən keçərkən, təbii ki, vergi ödəməlidir. Yolumuzu istismar edirlər axı. Düşünürəm ki, inkişaf etmiş ölkələrdə də belə bir qayda var.

Amma bir istisna var. Məsələn, kiçik həcmli avtomobillər, səyahət və tranzit məqsədilə ölkəmizə gələnlər vergidən azad olunmalıdır. Biznes xarakterli vergi tətbiq olunması normaldır.

Dəfələrlə görmüşəm ki, insanlar Gürcüstündan Azərbaycana maşınla gəlir və ya Azərbaycandan Gürcüstana, oradan da Türkiyəyə keçir. Hətta ölkəmizdə də günlərlə qalırlar, investisiya edirlər. Həmin nəqliyyat vasitələrindən yol vergisi almaq turizmə mənfi təsir edəcək”.

Şahanə Paşa

www.yenicag.az

585
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv