!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Yeni Türkiyə səfirimiz kimdir? - DOSYE

!Reklam – Yazi

Xəbər verdiyimiz kimi Prezident İlham Əliyevin imzaladığı sərəncamla ölkəmizin Türkiyədəki səfiri Xəzər İbrahim geri çağırılıb. İlham Əliyevin imzaladığı digər sərəncamla isə Rəşad Məmmədov Türkiyəyə yeni səfir təyin edilib.

Rəşad Məmmədov kimdir?

Yenicag.az yeni səfirin tərcümeyi-halını təqdim edir:

Rəşad Eynəddin oğlu Məmmədov 31 oktyabr 1973 ildə Gəncə şəhərində anadan olub.

1990–1995-ci illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində təhsil alıb, 2002–2004-cü illərdə G.Plexanov adına Rusiya Dövlət İqtisad Akademiyasının magistraturasını, 2017–2020-ci illərdə isə Əl-Fərabi adına Qazaxıstan Milli Universitetinin doktoranturasını bitirib.

Rəşad Məmmədov 1995-də Hərbi Prokurorluqda müstəntiq, 1996-2000-ci illərdə Bakı Hərbi Prokurorunun köməkçisi vəzifəsində çalışıb. 2000-2001-də Xarici İşlər Nazirliyinin MDB idarəsində attaşe, 2001-2006-cı illərdə Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyində üçüncü, daha sonra isə ikinci katib olaraq fəaliyyətini davam etdirib. 2006-2008-ci illərdə Xarici İşlər Nazirliyinin Konsulluq idarəsində, daha sonra Hüquq şöbəsinin müdiri vəzifəsində çalışıb. 2008-2010-ci illərdə Azərbaycan Respublikasının Qazaxıstan Respublikasının Aktau şəhərindəki Baş Konsulluğunda konsul vəzifəsini icra edib. 2010-2015-ci illərdə Azərbaycan Respublikasının Qazaxıstan Respublikasının Aktau Şəhərindəki Baş Konsulu olub. 2015-ci ildə Azərbaycan Respublikasının Qazaxıstandakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin edilib. İlham Əliyevin imzaladığı sərəncamla 16 iyul 2021-ci ildə Qazaxıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

Rəşad Məmmmədov və ölkəmizin Qazaxıstandakı səfirliyi Vətən müharibəsi zamanı informasiya müharibəsinə ciddi töhfələr vermiş, erməni yalanlarının ifşasında xüsusi rol oynamışdı.

Rəşad Məmmədovun aktiv “Facebook” hesabı mövcuddur.

Aqil Bəkir

www.yenicag.az

814
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv