!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Yeni Türkiyə yüzilinin BÖYÜK BAŞLANĞICI: Millət mandatı Ərdoğanda saxladı

!Reklam – Yazi

Türkiyə tarixinin ən dramatik seçkisi Rəcəb Tayyib Ərdoğanın zəfəri ilə yekunlaşdı.

Qardaş Türkiyədə təqribən 3 ay sürən çətin, üzücü, ancaq son dərəcə maraqlı “marafon”, nəhayət, bitdi.

Seçki prosesinin startı ərəfəsində Türkiyəni sarsıdan dağıdıcı zəlzələyə baxmayaraq, proses həqiqətən, inanılmaz dərəcədə ilginc tempdə keçdi.

Türkiyənin ən yen siyasi tarixində ikinci tur praktikasının ilk dəfə yaranması mübarizənin gərginlik həddini tam təsəvvür etdirir.

Artıq hər şey geridə qaldı. Nəticələrin açıqlanmasından cəmi bir neçə saat sonra, həm də emosional ovqatda ciddi analiz vermək asan deyil.

Rəcəb Tayyib Ərdoğan karyerasının həm ən çətin, həm də ən zövqlü qələbəsini qazanaraq qarşıdakı beşillik üçün xalqdan yeni mandat aldı.

Nəticələr göstərdi ki, Ərdoğan və AK Partiya iqtidarı bu mandatı, yəni millətin etimadını qorumaqdan ötrü əvvəlkindən də artıq istəklə canını ortaya qoymalıdır.

İnanıram ki, Ərdoğan da, partiyası da bu gerçəyi tam ciddiliyilə dərk edərək ona uyğun davranacaq.

Hələlik isə göz qabağında olan reallıq Ərdoğanın dramatik qələbəsidir.

Qaliblər isə isti-isti nəinki mühakimə, heç tənqid də olunmurlar. Ona görə də hələlik bu nəticələrin Türkiyəyə və türk dünyasına xeyirli olmasını diləməklə kifayətlənək.

A.Zeynalov

www.yenicag.az

405
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv