“Narahat olmasınlar, həftənin birinci günü daha geniş formatda, daha baxımlı vaxtda sizinlə görüşəcəm”.
Bu sözləri tanınmış jurnalist və aparıcı Rövşanə Ağasəfqızı Yenicag.az-a açıqlamasında deyib.
O, yeni verilişə aparıcılıq edəcəyini bildirib:
“Rövşanə bu dəfə yeni verilişlə sizinlə “Qarşı-qarşıya” gələcək. Daha geniş format, daha baxımlı zamanda. Mübahisəli fikirlər, fərqli düşüncələr və daha nələr, nələr…
Həqiqət qarşı-qarşıya gələndə üzə çıxacaq.
Qarşı-qarşıya həm də mübarizənin başqa adıdır. Həftənin birinci günü canlı efirdə görüşəcəyik”.
Cəvahir