“Şuşa nəinki mənim, hər bir azərbaycanlının qürur yeridir. Odur ki, yeni işimin Şuşa ilə bağlı olması mənim üçün sözlə ifadə olunmmayan bir hissdir…”
Bunu Şuşa şəhər Dövlət Qoruğu İdarəsinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinə müdir təyin edilən tanınmış jurnalist Səmayə Məmmədova Yenicag.az-a açıqlamasında deyib.
S.Məmmədova qürur hissi keçirdiyini bildirib:
“Adını daşıdığım Səmayə nənəm də Şuşalıdır, buna görə ikiqat sevinc hissi keçirirəm. Qürur və sevinc hisslərim bir-birinə qarışıb”.
Qeyd edək ki, Səmayə Məmmədova bundan öncə Gənclər İdman Nazirliyi və Bakı Nəqliyyat Agentliyində çalışıb.
Cəvahir