!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Yeni virusdan 16 min nəfər zərər çəkib

!Reklam – Yazi

1482321625_malware-virus-expoit-vulnerability-1200x600_conver-750x445Mütəxəssislər, Faketoken adlı bank troyan virusunun yenilənmiş versiyasını aşkar ediblər.

Bu virus, istifadəçinin bütün fayllarını şifrələyir və onların geri qaytarılması üçün istifadəçidən müəyən miqdarda vəsait tələb edir. Bundan əlavə olaraq Faketoken, bank kartlarının məlumatlarını da oğurlayır. Faketoken, internetdə müxtəlif tətbiq və oyunlar vasitəsilə yayılır. Həmin oyun və tətbiqləri smartfona yüklədikdən sonra istifadəçinin faylları şifrələnir və onları yenidən əldə etmək üçün xüsusi açar kodu tələb olunur. Açar kodunu əldə etmək üçün isə hackerlərə vəsait ödəmək lazımdır. Bu troyan virus, AES şifrələyici alqoritmdən istifadə edir. Beləliklə şifrələnmiş faylları yalnız xüsusi deşifrələyici tətbiqlər vasitəsilə əldə etmək olar.

Daha sonra virus, sonsuz sayda sorğu pəncərələri açaraq istifadəçinin həmin sorğulardan biri ilə razı olmasına çalışır. Beləliklə əgər istifadəçi, sorğu ilə razı olsa onda virus, administrator hüququnu əldə edir. Nəticədə virus, Google Play və Gmail adından saxta ismarıclar yaradaraq bank kartı məlumatlarını əldə edir. Faketoken, 2000 müxtəlif maliyyə tətbiqindən məlumatları oğurlamaq üçün yaradılıb. Bunun qarşısını almaq üçün kənar mənbələrdən heç bir oyun və ya tətbiqi yükləmək məsləhət görülmür. Bundan əlavə olaraq tanımadığınız sayta daxil olmayın və tanımadığınız elektron ismarıclara və linklərə daxil olmayın.

Yenicag.az

www.yenicag.az

500
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv