!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Yeni vulkan püskürməsi 25 can aldı - VİDEO

!Reklam – Yazi

Ən azı 25 insan Qvatemalada “Fueqo” vulkan püskürməsinin qurbanı olub.

Yenicag.az xəbər verir ki, bu haqda təbii fəlakətlərin nəticələri ilə mübarizə milli koordinasiya mərkəzinin nümayəndəsi David de Leon bildirib.

Hökumət nümayəndəsinin məlumatına görə, 653 insan sığınacaqlara yerləşdirilib. İtkin düşənlərin mövcudluğu haqqında məlumat yoxdur.

Ölkədə 3 günlük matəm elan olunub.

Məlumat üçün bildirək ki, “Fueqo” Qvatemala ərazisində olan ən aktiv vulkanlardan biri hesab olunur. O, respublika paytaxtının bir neçə kilometrliyindədir. Ümumilikdə 1.7 milyon insanın zərər çəkəcəyi gözlənilir.

Zaur H.

 

 

www.yenicag.az

5130
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv