“Xiaomi” şirkəti Çində keçirilən tədbirdə yeni “Mi Tv 5 Pro” istehsal xəttinə daxil olan üç televizor modeli təqdim edib.
Yenicag.az “ICTnews”a istinadən xəbər verir ki, “Quantum Dot QLED” kvant pikselli ekranlarla təchiz edilən televizorlar “HDR10 ” genişləndirilmiş dinamik diapazonu, “8K” dekodlaşdırmasını dəstəkləyir və şirkətin bahalı qiymət sinfinə aid edilir.
Yeni modellər “Amlogic T972” prosessoru ilə təchiz olunub, təsvirin hərəkətini daha rəvan edən “MEMC” texnologiyasını dəstəkləyir, eləcə də 4 giqabaytlıq operativ və 64 giqabaytlıq quraşdırılmış yaddaşa malikdir. Yeni “Mi Tv 5 Pro” televizorlarının korpusunun qalınlığı 5,9 millimetr təşkil edir ki, bu da 8,1 millimetr qalınlıqlı “iPhone 11” smartfonundan daha nazikdir.
Məlumata görə, 55 düymlük “Xiaomi Mi Tv 5 Pro” modelinin təxmini qiyməti 525 dollar, 65 düymlük versiyanın 700 dollar, 75 düyümlüyün isə 1 400 dollar təşkil edir.
Bundan başqa, tədbirdə nisbətən ucuz “Mi TV 5” modelləri nümayiş olunub. Onlar yaddaş tutumuna (3/32 giqabayt) və kvant piksellərlə təchiz edilməyən adi ekranlara görə fərqlənir. 55, 65 və 75 düym diaqonallı televizorların qiyməti müvafiq olaraq 425, 560 və 1130 dollar təşkil edəcək.