Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Yeni Yasamalda yenidən qurulan park çayxanaya çevrilir - Sakinlərdən ŞİKAYƏT/FOTOLAR

Yeni Yasamalda ötən il təmir edilən istirahət parkı çayxanaya çevrilib.

Yenicag.az xəbər verir ki, ötən ilin yayında Yeni Yasamal sakinlərinin müraciətindən sonra ərazidəki istirahət parkı əsaslı təmir edilərək istifadəyə verilib. Parkın açılışında ölkə prezidenti İlham Əliyev də iştirak edib.

Açılışından bir müddət sonra ərazisi kiçik olan parkda 4 çayxana açılıb.

Bir neçə gündür kiçik parkda yeni çayxana inşa edilir. Bu isə sakinlərin narazılığına səbəb olub. Belə ki, yeni açılacaq çayxana külli miqdarda vəsait xərclənərək salınmış qazonun üzərində yaradılır. Yaşıllığın hasarlanaraq çayxanaya çevrilməsinə görə sakinlər şikayət edirlər.

Sakinlərin sözlərinə görə, çayxananın kimin icazəsi ilə salındığı ilə maraqlanıblar. Orada işləyənlər çayxananın icra hakimiyyətinin icazəsi ilə tikildiyini bildiriblər.

Maraqlıdır, Yasamal rayon İcra Hakimiyyəti hansı məntiqlə öncə on minlərlə pul xərcləyib parkı yenidən qurur, ölkə başçısını açılışa dəvət edir, daha sonra isə çayxana yeri kimi satır.

Parkdan çəkilmiş fotoları təqdim edirik:

Səxavət Məmməd

www.yenicag.az

2324