Yeni yayılan respirator virus məktəblərdə davamiyyətə necə təsir edib?

“Ümumilikdə təhsil müəssisələrində şagirdlərin dərsə davamiyyətində mənfi dinamika müşahidə edilmir”.

Bunu Oxu.Az-ın sorğusuna cavab olaraq Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, təlim-tədris prosesi fasiləsiz şəkildə davam edir.

Xatırladaq ki, Səhiyyə Nazirliyi bir müddət əvvəl uşaqlar arasında mövsümi virus infeksiyaların qeydə alınması ilə bağlı çağırış edib.