!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Yeni yol salınır-Fotolar

!Reklam – Yazi

dd75c290f3f4aed86edda0ac42c581fcBakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Avtovağzal dairəsi adlanan ərazisinin Bakı Dairəvi yola birləşdirilməsi məqsədilə yeni yol tikilir.

Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətindən  verilən məlumata görə, qeyd edilən yolun ümumi uzunluğu 1 km-dən artıq, eni isə 13 m təşkil edəcək.

Üçzolaqlı yol üzərində uzunluğu 445 m uzunluğunda 15 aşırımdan ibarət estakada inşa olacaq. Hazırda estakadanın başlanğıc və Dairəvi yola birləşən hissəsində, yəni kənar dayaqların özülündə svayların (qazma-doldurma metodu ilə) quraşdırılması, orta dayaqlarda isə armaturlanma və betonlanma işləri gedir.

Sözügedən layihə istismara verildikdən sonra Sumqayıt istiqamətindən gələn nəqliyyat vasitələri Şamaxinka adlanan əraziyə daxil olmadan Stend Atıcılığı İdman Kompleksinə və Bakı Dairəvi avtomobil yoluna maneəsiz çıxa biləcəklər.

www.yenicag.az

533
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv