!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Yeni Zelandiya sahillərində ikinci güclü zəlzələ - Sunami XƏBƏRDARLIĞI

!Reklam – Yazi
Yeni Zelandiya sahillərində 7.3 bal gücündə zəlzələ baş verib.

Yenicag.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

Zəlzələ Gibsborn şəhərindən 238 km aralıda, yerin 10 km dərinliyində qeydə alınıb.

Zəlzələnin episentrindən 300 km aralıda yerləşən sahil rayonlarında sunami gözlənildiyi barədə xəbərdarlıqlar edilib.

Yeni Zelandiyanın Fövqəladə Vəziyyətlərin İdarə Olunması Agentliyi sahil rayonlarında olan şəxslərin daha təhlükəsiz ərazilərə köçmələrini tövsiyə edib.

***

Yeni Zelandiya sahillərində gün ərzində ikinci dəfə güclü zəlzələ qeydə alınıb.

Bu dəfə zəlzələnin maqnitudası 7,5-ə çatıb. Yeraltı təkanların episentri Fanqarey şəhərindən 998 km uzaqlıda qeydə alınıb.

Zəlzələ ocağı isə 55,6 km dərinlikdə yerləşib.

www.yenicag.az

377
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv