Yeni Zelandiyada qayıq aşdı: Ölənlər var

Yeni Zelandiyanın şərqindəki Kaykoura şəhəri sahillərində qayığın aşması nəticəsində 5 nəfər həlak olub.

Yenicag.az xəbər verir ki, qayıqda 11 nəfər olub.

Qəzadan sonra 6 nəfəri xilas etmək mümkün olub. Xilas edilənlər xəstəxanaya yerləşdirilib.

Bəzi ehtimallara əsasən, qayıq balina ilə toqquşduqdan sonra aşıb. Hadisə ilə bağlı araşdırmalara aparılır./Trend/