Yeni Zelandiyada 6,1 maqnituda gücündə zəlzələ qeydə alınıb.
Yenicag.az xəbər verir ki, bu barədə ABŞ-ın Geoloji Xidməti məlumat yayıb.
Zəlzələnin episentri Uonqanui şəhərindən 98 km cənubda qeydə alınıb. Zəlzələnin ocağı 227 km dərinlikdə olub.
Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.