Yenicag.az bir həftəlik yay tətilinə çıxdı

tetilQışın soyuğu, yayın istisi demədən işləmək jurnalistin qədəridir. Hər il ayrı-ayrılıqda bütün əməkdaşlarımız illik məzuniyyət haqqlarından istifadə etsələr də, biz bu dəfə texniki heyət istisna olmaqla, qəzetin yaradıcı kollektivinin tətilə çıxmasına qərar verdik. Bu səbəbdən də, tam bir həftə – yəni, 4 iyul tarixinə qədər Yenicag.az fəaliyyətinə qısa fasilə verir. Yalnız günün önəmli hadisələrinin yerləşdiriləcəyi saytımızda bu bir həftədə həm də texniki heyət tərəfindən təhlükəsizliyinin gücləndirilməsi prossesi aparılacaq.

9-cu yaşımıza daxil olacağımız sentyabra enerjili daxil olmaq üçün yay tətili mühim amildir.

Qısacası, gələn həftə görüşənə qədər, dəyərli oxucularımız!