!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Yenicag.az ilin birincisi seçildi - MilliNet qalibləri açıqladı

!Reklam – Yazi

Bu gün “Milli Net 2017” yarışmasının qalibləri açıqlanıb.

Yenicag.az xəbər verir ki, “Boulevard” oteldə baş tutan tədbirdə iştirakçılar 20 nominasiya üzrə yarışıblar.

Ötən ildə olduğu kimi saytların qiymətləndirmə prosesini internet istifadəçiləri deyil, üç istiqamət üzrə ( kontent, dizayn və texnoloji ) peşəkarlardan və mütəxəssislərdən ibarət olmaqla AİF tərəfindən formalaşdırılan Münsiflər Heyəti aparıb.

Münsiflər Heyətinin və ekspertlərin rəyinə görə, “Yenicag.az” Media və informasiya nominasiya üzrə qalib elan olunub. Milli Net–in tuncdan hazırlanmış xüsusi mükafatı – hörümçək toru əks olunan buta, diplomlar və qiymətli hədiyyələr saytımızın texniki şöbəsinin müdiri Aydın Cavadlıya təqdim olunub.

Qeyd edək ki, Azərbaycan İnternet Forumu tərəfindən təsis edilən Milli Net-in keçirilməsində məqsəd Azərbaycan İnternetinin inkişafına kömək etmək, ən yaxşı milli internet resurslarımızı üzə çıxartmaq və tanıtmaq, informasiya texnologiyalarının populyarlaşmasına dəstək vermək və Azərbaycan dilinin İnternetdə tətbiqini genişləndirməkdən ibarətdir.

Milli İnternet Mükafatına Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, BestComp , LENOVO və NEURON şirkətləri dəstək verir.

 

www.yenicag.az

2045
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv