Bu gün Yenicag.az internet qəzetinin 8 yaşı tamam olur.
5 sentyabr 2007-ci ildə yaradılan Yenicag.az saytı “Yeni Çağ” qəzetinin internet versiyası olaraq, fəaliyyətə başlayıb.
Yenicag.az saytı analitik araşdırma yazıları, özəl xəbərləri ilə təkcə ölkə daxilində deyil, xaricdə də oxunmaqdadır.
Gündəlik 20 mindən çox oxucusu olan Yenicag.az saytı beynəlxalq reytinq şkalalarına görə də yüksək yer tutmaqdadır.
Qeyd edək ki, araşdırmaçı yazar, “Terrorun Gülən üzü” kitabının müəllifi Aqil Әləsgərin rəhbərlik etdiyi Yenicag.az saytı xarici ölkələrdə Xocalı Soyqırımı və 28 may Respublika günü kimi günlərin təbliğatı ilə bağlı bir sıra mühim tədbirlərin təşkilatçısı olub.