Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) “Cənubi Qafqazda hüquq sahəsində Avropa standartlarına yaxınlaşma” regional proqramı çərçivəsində jurnalistlər arasında elan etdiyi müsabiqənin nəticələri bəlli olub.
Yeniçağ.az xəbər verir ki, “Uşaq hüquqlarının qorunması: milli-beynəlxalq qanunvericilik və təcrübə ” mövzusuna həsr olunmuş müsabiqənin qaliblərinin təqdimat mərasimi keçirilib.
Sevindirici haldır ki, qaliblər arasında Yeniçağ.az-ın da əməkdaşı Cəvahir Səlimqızı da var.
(https://yenicag.az/nikahdankenar-dogulanlarin-ata-feryadi-arasdirma/)
Müsabiqənin qalibləri nüfuzlu ekspertlərdən təşkil edilmiş münsiflər heyəti tərəfindən müəyyən olunub.
Qaliblər diplomlar və pul mükafatları ilə təltif olunub.
Yeniçağ.az