!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Yenidən aktuallaşdırılan KONSTİTUSİYA REFERENDUMU: “Hökumətin rəsmi mövqeyi yoxdursa...” – Sərdar Cəlaloğlu

!Reklam – Yazi

“Biz bu kimi məsələlərə tək zərurət deyil, həm də məqsədəuyğunluq baxımından yanaşmalıyıq”.

Bu fikirləri Azərbaycanda Konstitusiya referendumunun keçiriləcəyinə dair növbəti dəfə vüsət alan müzakirələrə münasibət bildirən Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib.

ADP sədrinin fikrincə, ölkədə yaxın müddətdə referendum keçiriləcəyi gözlənilmir:

“Hökumət bununla bağlı konkret niyyət ortaya qoymadığına görə bu məsələyə iqtidarın planı kimi qiymət vermək mümkün deyil. Bu səbəbdən düşünmürəm ki, hökumətin belə bir niyyəti var.

Görünür, referendum məsələsini gündəmə gətirənlər bununla bağlı arzularını gerçəklik kimi ifadə edirlər. Məncə, hələ ki refenrendumun keçiriləcəyi haqda danışmağa əsas yoxdur.

YAP-çı deputatların da bu barədə danışmalarına baxmayaraq, hökumətin dəqiq açıqlanmış mövqeyi yoxdursa, hər deyiləni ciddiyə ala bilmərik ki…

Ölkədə islahatlara ehtiyac olması bir məsələ, hökumətin indiki şərtlər daxilində nə dərəcədə islahat aparacağı isə tamam başqa məsələdir. Biz bu kimi məsələlərə tək zərurət deyil, həm də məqsədəuyğunluq baxımından yanaşmalıyıq.

Bəzən hansısa iş zəruridir, ancaq müəyyən şərtlərə görə onun gerçəkləşdirilməsi məqsədəuyğun olmur. O üzdən mən yaxın vaxtlarda referendum keçiriləcəyini gözləmirəm”.

A.Zeynalov

www.yenicag.az

459
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv