Yenidən qurulan “İsmayıllı” yarımstansiyası işə salındı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 25-də İsmayıllı rayonuna səfəri çərçivəsində burada yenidən qurulan 110/35/10 kilovoltluq 2×16 MVA gücə malik “İsmayıllı” yarımstansiyasının açılışında iştirak edib.

“Report” xəbər verir ki, “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri Baba Rzayev Prezident İlham Əliyevə müəssisənin fəaliyyəti barədə məlumat verib.

Bildirilib ki, “İsmayıllı” yarımstansiyası istismar müddətini başa vurduğundan müasir üslubda tam yenidən qurulub. Bu yarımstansiya vasitəsilə İsmayıllı şəhəri və ətraf 14 yaşayış məntəqəsinin, 35 kilovoltluq Basqal və 35 kilovoltluq İvanovka hava xətlərinin üzərində olan 35/10 kilovoltluq “Girdimançay”, “Zərgəran”, “Yeni Basqal” və “İvanovka” yarımstansiyalarının elektrik enerjisi ilə təchizatı həyata keçirilir.

Dövlət başçısı yarımstansiyanı işə salıb.

Sonda xatirə şəkli çəkdirilib.

COP29