Braziliyanın “Hoobox Robotics” şirkəti tərəfindən “Intel” ilə əməkdaşlıq çərçivəsində hazırlanmış “Wheelie 7” aparatı sağlamlıq imkanları məhdud şəxslərin öz əlil arabalarını üz ifadəsi ilə idarə etməsinə kömək məqsədilə süni intellektdən istifadə edir.
Yenicag.az “ICTnews”a istinadən xəbər verir ki, müasir mühərriklə təchiz edilmiş əlil arabaları adətən korpusa bərkidilmiş coystik və ya datçiklər vasitəsilə idarə olunur.
“Wheelie” aparatında tətbiq edilmiş süni intellekt istifadəçinin gülüşünü və başqa jestlərini avtomatik tanıyır. Mobil proqramın köməyi ilə sifətin hər hansı bir ifadəsini bu və ya digər hərəkətlə (sol, sağ, irəli, geri, əyləc və sairə) əlaqələndirmək olar. Süni intellekt, həmçinin insanın öskürməsini və ya asqırmasını əmr kimi qəbul etməmək üçün onu “tanıyır”.