Yenilməz hərbi güc: Mif, yoxsa reallıq? – İsrail demoqrafik çatışmazlığı dəyişir

İsrail ordusu bəziləri tərəfindən Yaxın Şərqin ən müasir ordusu kimi göstərilir. Coğrafi və demoqrafik çatışmazlıqlara baxmayaraq, mürəkkəb silah sistemlərinə görə İsraili bölgənin ən qorxulu hərbi gücləri arasında hesab edirlər.

Yenicag.az xəbər verir ki, İsrailin 1984-cü ildən indiyə qədər ABŞ tərəfindən doldurulmuş nəhəng silah və sursat anbarı var. Qəzza soyqırımı kimi “fövqəladə” vəziyyətlərdə İsrail sursat ehtiyacını bu anbardan qarşılayır.

Bəs, İsrailin hərbi çatışmazlıqları varmı?

İsrailin 10 milyondan az əhalisi var. Ölkənin birinci dərəcəli vətəndaşları sayılan yəhudi israillilərinin sayı isə 7 milyonu çətinliklə keçir. İşğal altında olan Fələstinin əhalisinin sayı isə 6 milyona çatmaq üzrədir. İsrail bu demoqrafik çatışmazlığı aradan qaldırmaq üçün hərbi gücdən istifadə etməkdən çəkinmir. 10 aydan çoxdur davam edən Qəzza əməliyyatlarında Fələstin əhalisinin 3%-i qətlə yetirilib.

İsrailin digər hərbi çatışmazlığı ölkənin coğrafi dərinliyinin olmamasıdır. Ən geniş nöqtəsində belə, İsrail şərqdən qərbə eni 135 kilometr olan və şimaldan cənuba uzanan dar bir ölkədir. Yəni asanlıqla hərbi əməliyyatlarla kommunikasiya xətləri kəsilə bilən bir quruluşa malikdir. Lakin İsrailin mürəkkəb silah sistemlərinə malik olması ölkəyə belə bir əməliyyata qarşı müdafiə və çəkindirmə imkanları verir. Yaxud belə rəy İsrailin xeyrinə üstünlük təşkil edir.

ABŞ silah anbarına diqqət yetirək. İsrailin yenilməz hərbi güc olması iddiasının mif, yoxsa reallıq olduğu müzakirə oluna bilər. Ancaq o gücün mənbəyini İsraildə deyil, çox uzaqlarda, ABŞ-də axtarmaq lazımdır. Ukrayna tərəfini silahlandıran, ordusunu öyrədən, Rusiyanın Ukrayna ərazisinə hücumlarına qarşı müharibə strategiyasını müəyyən edən məhz ABŞ-dir. İndi bu dəstəyi hücuma məruz qalan tərəfə deyil, işğalçı tərəfə verir.

ABŞ Beynəlxalq İnkişaf Agentliyinin məlumatına görə, İsrail ABŞ-dan bu günə qədər ən çox hərbi dəstək alan ölkədir. 2024-cü il göstəricilərini nəzərə almasaq, Amerikanın ümumi hərbi yardımı 300 milyard dollardan çoxdur. Əlavə yardım paketləri ilə yanaşı, hər il 3,3 milyard dollardan çox hərbi yardım edilir. Təkcə bu məbləğ İsrailin müdafiə büdcəsinin 15 faizidir.

Məsələn, ABŞ-ın NATO müttəfiqi olan Türkiyəyə satılmayan F-35 təyyarələri bu yardımla xərclərin əhəmiyyətli bir hissəsi ilə İsrailə verildi. İsrail 2017-ci ildən F-35 təyyarələrindən istifadə edir. Əslində, İsrail Hərbi Hava Qüvvələrinin bəyanatına görə, İsrail 2018-ci ildə F-35-ləri real döyüşdə istifadə edən ilk dövlət olub.

İsrailin hava hücumundan müdafiə sisteminin təməli sayılan “Dəmir Qübbə” və “David’s Sling”, ABŞ-ın “Raytheon” müdafiə sənayesi şirkəti tərəfindən İsrailin ictimai şirkətləri ilə birlikdə hazırlanıb. Əslində, İsrail bu sistemlərin real hava hücumunda təmin edəcəyi qoruma dərəcəsini sınaqdan keçirməyib. İran aprel ayında gün və saatı açıqlayaraq pilotsuz uçuş aparatları və qanadlı raketlərlə İsrailə hücum etdi. Hücumun qarşısını almaqda isə ABŞ, Böyük Britaniya və onların bölgədəki müttəfiqləri havadakı raketləri və pilotsuz təyyarələri hədəf alaraq müdafiəni həyata keçirdi.

Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) məlumatlarına görə, İsrail 2013-2023-cü illər arasında silahlarının 66 faizini ABŞ-dan idxal edib. Bundan əlavə, İsrailin 1984-cü ildən bəri ABŞ tərəfindən doldurulmuş nəhəng silah və sursat anbarı var. Qəzza soyqırımı kimi “fövqəladə” vəziyyətlərdə İsrail sursat ehtiyacını bu anbardan qarşılayır. Üstəlik, ötən ilin aprelində dərc olunan BBC hesabatına görə, Pentaqon İsrailə 300 min 155 millimetrlik artilleriya mərmisi göndərib.
Sözügedən ABŞ dəstəyi adi dəstəklə məhdudlaşmır. Onu da deyə bilərik ki, aqressiv İsrailin öz imkanları ilə nüvə silahı texnologiyasına malik olması mümkünsüzdür. Cənubi Afrika Respublikasını və keçmiş SSRİ-nin nüvə silahlarından imtina etməyə məcbur edən ABŞ İsrailə gəldikdə isə əks mövqe sərgiləyir.

Bir sözlə, soyqırım cinayətində baş nazir Benyamin Netanyahunu ittiham edilir. Halbuki, İsrailin belə qısa zaman kəsiyində bu qədər insanı öldürə biləcək heç bir artilleriya və ya təyyarəsi yoxdur. Bunları İsrailin inventarına əlavə edən, soyqırımda İsraili dəstəkləyən və onun nəticələrinə qarşı İsrailə kölgə salan ünvan Yaxın Şərqdə deyil, Atlantikanın o biri tərəfindədir. Əgər bir gün İsrail işğaldan əl çəksə və istədiyi vaxt fələstinlilərin başına ölüm yağdıra bilməyəcəksə, bunun yolu Vaşinqtondan keçir. Qəzzaya yağan bombaları dayandırmağın başqa yolu yoxdur.

Nəsimi Ələsgərli

COP29