Yeniyetmə “E-Manat”dan 736 manat oğurladı

“E-Manat” ödəmə terminalından oğurluq edən yeniyetmə tutulub.

DİN-in Mətbuat xidmətindən Yenicag.az-a bildirilib ki, Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki mağazaların birində quraşdırılmış “E-Manat” ödəmə terminalından 736 manat pul oğurlamaqda şübhəli bilinən Şəmkir rayon sakini olan bir yeniyetmə saxlanılıb.

Araşdırmalar davam etdirilir.