Yeniyetmə intihar etdi – Bakıda

Bakının Yasamal rayonunda 16 yaşlı oğlan intihar edib.

Yenicag.az APA-ya istinadən xəbər verir ki, hadisə Şərifzadə küçəsində qeydə alınıb.

2003-cü il təvəllüdlü Babayev Bəhram Akif oğlu yaşadığı evdə canına qəsd edib. Onun meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.