Yeniyetmə oğlan keçmiş sevgilisini küçənin ortasında öldürüb.
Yenicag.az türk mediasına istinadən xəbər verir ki, İstanbulun Bağcılar bölgəsində yeniyetmə oğlan lissey şagirdi keçmiş sevgilisini tüfənglə vurub. Mehmet A.K. adlı oğlan barışma təklifini qəbul etməyən 16 yaşlı Cansu Çaptının qarın nahiyəsinə atəş açıb.
Məhkəmə 17 yaşlı Mehmetin 24 il azadlıqdan məhrum edilməsinə qərar verilib.
Qeyd edək ki, təqsirkarın 18 yaşından kiçik olmasına baxmayaraq, onun cəzasında hər hansı bir güzəştə yol verilməyib.