Astara şəhər sakini A.Məmmədov polisə müraciət edərək ona məxsus yaşayış evindən 1500 manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığını bildirib.
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Yenicag.az-a verilən məlumata görə, Astara RPŞ-nin əməkdaşları tərəfindən “isti izlərlə” keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq faktını törətməkdə şübhəli bilinən şəxslərin Astara şəhər sakini R.Əlizadə və onun yetkinlik yaşına çatmayan qohumu olduğu müəyyən edilib. Oğurlanmış qızıl-zinət əşyaları onlardan aşkar edilərək maddi sübut kimi götürülüb.
Faktla bağlı Astara RPŞ-də araşdırma aparılır.
Hazırda həmin şəxslərin digər bu kimi cinayət əməllərində iştirak edib-etməməsinin müəyyən edilməsi istiqamətində əməliyyat tədbirləri davam etdirilir.