!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Yeniyetmə və gənclər üçün maarifləndirici təlim keçirilib

!Reklam – Yazi

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Gənclərin Mədəni İnkişafına Dəstək” İctimai Birliyi tərəfindən “Yeniyetmə və gənclər arasında sağlam həyat tərzi və zərərli vərdişlərlə mübarizə” piarının təşkili adlı layihənin icrasını davam etdirir.

Layihənin məqsədi gəncləri sağlam həyata dəvət və cəlb etmək, onları zərərli vərdişlərdən uzaqlaşdırmaq, sağlamlıqlarını qorumaqdır.

Layihə çərçivəsində Abşeron rayonunun Xırdalan şəhərində yeniyetmə və gənclərin iştirakı ilə növbəti maarifləndirici təlim keçirilib. Təlimdə ilk öncə layihə rəhbəri Cavid Əliyev çıxış edərək layihənin məqsədi, keçirilmə səbəbi, nəzərdə tutulmuş məlumatlar barədə iştirakçılara ətraflı məlumat verib.

Daha sonra Abşeron rayon Gənclər və İdman İdarəsinin əməkdaşı Emil Quliyev çıxış edərək rayon rəhbərliyi adından iştirakçıları salamlamış və rayonda bu sahədə görülmüş işlər barədə ətraflı məlumat verərək təlimin iştirakçılarına uğurlar arzulayıb. Rəsmilərin çıxışları yekunlaşdıqdan sonra təlimçi Vüsalə Xəlilova tərəfindən gənclərə sağlam həyat tərzi, zərərli vərdişlər mövzusunda təlim keçirilib. Təlim yekunlaşdıqdan sonra layihədən daha çox şəxsin faydalanması üçün Abşeron rayonunun Xırdalan şəhərində ümumilli lider Heydər Əliyevin adını daşıyan parkda gənclər arasında layihə çərçivəsində hazırlanmış bukletlər paylanıb.

Yenicag.az

www.yenicag.az

952
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv