!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Yeniyetmələr ən çox bu ölkəyə üz tutur – Mərkəzdən açıqlandı

!Reklam – Yazi

15571090_1172613882826689_1432332651_nAvropada 18 yaşdan aşağı futbolçuların ən çox üz tutduğu ölkə İngiltərədir.

Yeniçağ.az xəbər verir ki, bu barədə Beynəlxalq İdman Araşdırmalar Mərkəzi (CİES) məlumat yayıb. Mərkəzin bu il UEFA-ya üzv olan 31 futbol federasiyası arasında apardığı araşdırmaya əsasən, bu ölkələrdə çıxış edən 18 yaşdan aşağı 597 futbolçudan 180-i İngiltərəni seçib.

Sıralamaya əsasən, sonrakı yerləri İtaliya (78 futbolçu) və Hollandiya (53) tutub. Gənclərin 42-i Fransa, 36-sı Almaniya, 33-ü isə İspaniyaya üz tutub.

Ölkə xaricinə ən çox 18 yaşdan aşağı futbolçu göndərən ölkə isə Belçika olub. Belçikalılar 2016-cı ildə ölkə xaricinə 38 futbolçu göndərib. Bu sahədə Belçikanın ən yaxın izləyiciləri İsveç və Fransadır- 23.

Yenicağ.az

www.yenicag.az

523
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv