“Yeniyetmələrin kriminal aləmə, cinayətə meylli olmasının səbəbi validynlərin övladlarından xəbərdar olmamasıdır”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında son dövrlərdə yeniyetmə və gənclərin kriminal aləmə və cinayətə artan meylliliyinin səbəbləri barədə danışan psixoloq Zeynəb Eyyubova deyib.
Onun sözlərinə görə, bunun əsas səbəbi yeniyetmə və gənclərin kriminal yönümlü kino və serialları izləməsidir.
“Yeniyetmə və gənclərin kriminal aləmə, cinayətə meylli olmasının ən birinci səbəbi hazırda çəkilən bəzi seriallar və reytinq toplayan kinolardır. Məsələn, qardaş Türkiyədə olan “Eşkiya dünyaya hökmdar olmaz”, “Qurdlar vadisi”, “Mən bu cahana sığmazam” adlı seriallar yeniyetmələr və gənclər tərəfindən, xüsusilə oğlan uşaqları yeniyetməlik dövründə bu serialları izləyir. Hətta yerişləri, geyim tərzləri, danışıqlarını da həmin baxdıqları serialların obrazları kimi edirlər. Buna görə də bu artıq dəb halını almağa başlayıb”, – deyə o bildirib.
Psixoloqa görə, insanların alt şüuruna yerləşir ki, bu tip yaşayış yaxşıdır və ən gözəl versiya da budur.
“Ona görə də onlar artıq real həyata gələndə özlərini o cür aparanda mübahisələrdə, problemlərdə baş rolda olmağa çalışırlar.
Yeniyetmələrin kriminal aləmə, cinayətə meylli olmasının səbəbi validynlərin övladlarından xəbərdar olmamasıdır. Ona görə də mütləq şəkildə uşaqlarlarda danışılmalı və daha çox əks-təbliğat aparılmalıdır”, – deyə qeyd edib.
İsmayıl Bakuvi