Bakıda mənzildən 30 min manatlıq qızıl və bahalı telefon oğurlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Yenicag.az-a verilən məlumata görə, Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 4-də rayon ərazisindəki evlərin birindən 30 000 manat dəyərində qızıl əşyalar və 8000 manat dəyərində “Vertu” markalı mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini olan bir yeniyetmə tutulub.