!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

"Yəqin, heç kimə lazım olmamışam" - Aleksandr Şemonayev

!Reklam – Yazi

“Zirə”nin sabiq futbolçusu Aleksandr Şemonayev karyerasını Region Liqada davam etdirəcək.

Yenicag.az xəbər verir ki, təcrübəli müdafiəçi “FC Baku” klubu ilə anlaşıb.

Saytımıza açıqlama verən Şemonayev Premyer Liqa klublarından təklif almadığını bildirib:

“Dəvət etdilər, mən də gəldim. Birinci diviziondan təklif gəlsə də, qəbul etmədim. “Baku”nun təklifi daha cəlbedicidir. Maaşı da qane edir. Əsas odur ki, zədəm olmasın. Gələcəkdə yenidən Premyer Liqada oynaya bilərəm. Yəqin, Premyer Liqada heç kim bəyənməyib, heç kimə lazım olmamışam. Türkiyənin Bal liqasından təklif var idi, sadəcə uzaqdır deyə, getmədim”.

Qeyd edək ki, Şemonayev karyerası ərzində “Simurq”, “Xəzər Lənkəran”, AZAL kimi klublarda çıxış edib.

Xatırladaq ki, “FC Baku”da “Qarabağ”ın keçmiş hücumçusu Vüqar Nadirov da forma geyinir.

Emin Səfərov

www.yenicag.az

6864
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv