Yer kürəsinə təhlükəli asteroid yaxınlaşır

2016 AJ193 asteroidi avqustun 21-də Yer kürəsinə təxminən 3,4 milyon kilometr maksimal məsafədə yaxınlaşacaq.

Yenicag.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Asteroidin diametri təxminən 1,4 kilometrdir.

O, potensial olaraq təhlükəli asteroidlər qrupuna aiddir. Lakin bu yaxınlaşma planetimiz üçün təhlükəli deyil.