1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günündə Lənkəranın Jidi kənd müəlliməsi Leyla Qarazadə və 11 şagirdi “Xəzər Media Mərkəzi”ndə qonaq olublar.
Yenicag.az xəbər verir ki, qonaqlar ilk olaraq “Xəzər Media Mərkəzi”nin baş direktoru Murad Dadaşovla görüşüblər.
M.Dadaşov şagirdlərin maraqla verdiyi suallara cavab verib, onlarla söhbət edib: ”İndiki uşaqların belə hazırcavab və disiplinli olması ürəkaçandır. Bu da düzgün təlim- tərbiyənin nəticəsidir. Leyla xanıma buna görə xüsusi minnətdaram”.
Balacaları “Təsir dairəsi” verilişinin aparıcısı Lalə Azərtaş da təbrik edib.
Onu görən uşaqlar sevincdən Lalə xanımı qucaqlayıblar.
Görüşdə iştirak edən bütün şagirdlərə, eləcə də ad günü olan Zəhra balaya xüsusi hədiyyələr təqdim edilib.
Daha sonra “Xəzər”in qonaqları Oksana Rəsulovanın aparıcısı olduğu “Bu ana kimi” verilişində qonaq olublar.