HD 83443 ulduzunun ətrafında fırlanan yeni HD 83443 b planeti kəşf edilib.
Yenicag.az xəbər verir ki, kəşfi Avstraliyanın Cənubi Kvinslend Universitetinin astronomları edib.
Tapılan planetin kütləsi təqribən 1,5 Yupiterdir, o, öz ulduzu ətrafında qeyri-adi ekssentrik orbitdə fırlanır və 22 il ərzində bir dövrə keçir. HD 83443 Yerdən 133 işıq ili məsafəsində yerləşir və gələcəkdə ekspertlərin fikrincə, o, hətta kosmik missiyaların hədəfinə çevrilə bilər.