Yerə 200 metr hündürlüyündə asteroid yaxınlaşır – FOTO

Xeops piramidasından böyük asteroid bu gün Yerə yaxınlaşacaq.

Yenicag.az bu barədə NASA-nın saytında istinadən xəbər verir.

Məlumata görə, 2015 KJ19 adlandırılan səma cisminin diametri 88-200 metrdir (Xeops piramidasının hündürlüyü 147 metrdir).

O da vurğulanır ki, Bakı vaxtı ilə 14:04-də Yerə minimum məsafədə olacaq asteroid Yer sakinləri üçün heç bir təhlükə yaratmır.