!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Yerə bənzəyən 44 planet aşkarlandı

!Reklam – Yazi

Uzun müddət ərzində deaktiv şəkildə qalmış Kepler teleskopu yenidən işə düşərək öz yeni kəşflərini Yer kürəsinə göndərib.

Yenicag.az technote.az-a istinadən xəbər verir ki, bununla da Kepler teleskopu Yer kürəsinə bənzəyən 44 planet aşkar edib. NASA-nın verdiyi məlumata əsasən onlardan 16-sı ölçülərinə görə Yer kürəsinin ölçülərinə yaxındır. Lakin astronomların fikrincə onların iqlimləri Venera planetinin iqliminə bənzəyir. Buna görə də aşkar edilmiş həmin planetlərdə şüurlu həyat formasına rast gəlmək çox güman ki, qeyri-mümkündür.

Lakin həmin planetlərdə bakteriyalar ola bilər. Adətən teleskopun bir iş seansı ərzində 10-12 ekzoplanet aşkar etmək mümkün olurdu. Lakin bu dəfə onların sayı 44 olub. Bu da heyrətləndirici bir faktdır. Həmdə 2013-cü ildə Kepler teleskopunun 4 mühərrikindən 2-si sıradan çıxmışdır və onun hansı istiqamətdə kosmosda hərəkət etməsi məlum deyil. Lakin bununla belə teleskop alimlərə faydalı məlumatlar verməkdə davam edir. Bu vəziyyətdə belə onun yeni planetlər aşkar etməsi təəccübləndirici haldır.

www.yenicag.az

10742
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv