Yerə beş asteroid yaxınlaşır

NASA mütəxəssisləri Yerə doğru 5 asteroidin yaxınlaşdığını bildiriblər.

Yenicag.az xəbər verir ki, asteroidlərdən 3-ü bu gün Yerə daha da yaxınlaşacaq. Onların ölçüsü 10-24 diametr arasındadır.

Göy cisimlərindən ən yaxını Yerlə 343 min kilometr məsafədədir.

6.8 və 30 diametr ölçülərində olan daha iki asteroid isə Yerə dekabrın 18-də yaxınlaşacaq.