İsveçrənin Muttenz şəhərində bələdiyyə tərəfindən tüpürcək qadağası qoyulub.
Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, qadağaya görə Muttenz şəhərində küçəyə tüpürən hər kəs 106 avro cərimə ödəməli olacaq.
Məlumata görə, cəzalandırılacaq şəxslər təkcə yerə tüpürənlər olmayacaq. Bazel kantonunun 18 min əhalisi olan şəhərində ağacın budaqlarını, kolları budamayanlar da 100 frank ödəyəcəklər.
Ümumiyyətlə, İsveçrə bütün dünyada təmiz ölkə kimi tanınır. Siqaret kötükləri, yerdəki saqqız və daşan zibil qutuları, hətta böyük şəhərlərdə belə burada tapa biləcəyiniz şeylər deyil. Muttenzin qonşu şəhəri Liestalda yerə tüpürmək qadağası üç ildir ki, qüvvədədir. Bələdiyyədən deyirlər ki, o vaxtdan ictimai yerlərdə səkilər və döşəmələr daha təmiz olub.
Sürix kantonunun bir çox bələdiyyəsi tüpürənlərə qarşı daha yüksək cəzalar tətbiq edəcəklərini açıqlayıb. Cərimə məbləğinin 200 frank (təxminən 213 avro) olacağı gözlənilir.
İsmayıl Bakuvi