Yerə yaxınlaşan asteroidin fotosu yayıldı

Astronomlar Yerə yaxınlaşan 1998 OR2 asteroidinin fotosunu Tvitterdə yayımlayıblar.

Yenicag.az xəbər verir ki, fotoya çoxsaylı şərhlər yazılıb. İstifadəçilər asteroidi koronavirus maskasına bənzədiblər.

Qeyd edək ki, 1998 OR2 Yerə aprelin 29-da yaxınlaşacaq. O, planetimizdən 6,3 milyon kilometr məsafədə olacaq. Bu isə təhlükəsizdir.