Yerevanda Aşura mərasimi – VİDEO

goy14763408031476341165Ötən gün dünyanın müxtəlif ölkələrində yaşayan şiə müsəlmanları Aşura mərasimini keçirdilər.

Qəribə səslənsə də, belə mərasimlərdən biri Ermənistanın paytaxtı Yerevanda baş tutub. İrəvan xanlarının inşa etdiyi Göy məsciddə keçirilən Aşura mərasiminə şəhərdə yaşayan İran vətəndaşları qatılıblar.

Onlar Göy məscidin həyətinə toplaşaraq, sinə döyüb və İmam Hüseyn və tərəfdarlarının qətlini yad ediblər.