Ermənistan parlamentinin üzvü, “Çıxış” müxalifət blokunun sədri Nikol Paşinyanın oğlu Aşot Paşinyan tutulub.
Yenicag.az bildirir ki, aprelin 17-də Yerevanda polis etiraz aksiyasına qatılan 29 nəfəri tutub.
Onların arasında Aşot Paşinyan da olub. Onlar inzibati qaydaları pozmaqda şübhəli bilinirlər.
Polis onun tutulmadığını bildirsə də, Aşot Paşinyan Yerevanın Şenqavit Rayon Polis Şöbəsində üç saat saxlanıldıqdan sonra buraxıldığını söyləyib.