!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Yeri dolmayacaq İTKİMİZ - Şahin Ağabəyli 44 yaşında - FOTOLAR

!Reklam – Yazi

Bu gün Pia.az saytının təsisçisi və baş redaktoru, mərhum jurnalist Şahin Ağabəylinin doğum günüdür.

Yenicag.az xəbər verir ki, 10 il əvvəl avtomobil qəzasında faciəvi şəkildə həlak olan “Milli yol” qəzeti, eləcə də “Poliqon” İnformasiya Agentliyinin (pia.az) təsisçisi və baş redaktoru Şahin Ağabəylinin bu gün doğum günüdür. Sağ olsaydı, 44 yaşını qeyd edəcəkdi…

Şahin Ağabəyli 1976-cı il yanvarın 27-də Neftçala rayonunun Aşağı Qaramanlı kəndində dünyaya göz açıb.

O, 1993-cü ildə orta məktəbi bitirdikdən sonra mərhum prezident Əbülfəz Elçibəy tərəfindən, təhsil almaq üçün Türkiyə “Kara Harp” məktəbinə göndərilən 23 gəncdən biri olub. 1999-cı ildə təhsilini bitirib. Bakıya qayıdan Şahin Ağabəyli 2000-ci ildə ordudan tərxis olunub. Elə həmin il Elçibəy tərəfindən Bütöv Azərbaycan Birliyinin (BAB) nəzdində yaradılan Bütöv Azərbaycan Məktəbinin (BAM) rəhbəri təyin edilib.

2003-cü ildə “Milli yol” qəzetini təsis edən Şahin sözügedən qəzetin baş yazarı olub. 2006-cı ildə “Poliqon” İnformasiya Agentliyinin qurucusu olan Şahin 2009-cu ildə baş redaktoru olduğu Pia.az saytını təsis edib.

Şahin Ağabəyli 2006-cı ildə peşə fəaliyyətinə görə həbs olunub. Bir müddət sonra prezident tərəfindən əfv edilib.

O, 2010-cu il oktaybrın 27-də səhər tezdən Bakı-Ələt yolunun Səngəçal hissəsində avtomobil qəzasında həlak olub. Dünyaya vida edərkən onun hələ 35 yaşı tamam olmamışdı.

www.yenicag.az

1350
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv