Yerin altında meşə tapıldı: 40 metr hündürlüyündəki ağaclar, elmə məlum olmayan heyvanlar…

Yerin altında yaşı eralarla ölçülən meşəlik tapılıb.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, Çinin cənubundakı Quankxi bölgəsində mağaraları araşdıran qrup tərəfindən böyük çuxurun dibində meşəlik tapılıb.

Təsadüf nəticəsində tapılan, uzunluğu 306, genişliyi 150, dərinliyi isə 192 metr olan çuxurdakı ağacların hündürlüyünün 40 metrə çatdığı bildirilir.

“Şinhua” xəbər agentliyinə danışan tədqiqatçılar ərazidə elmə məlum olmayan heyvanların yaşadığını da istisna etməyiblər.