2020 CD3 kiçik asteroidi müvəqqəti olaraq Yerin təbii peyki olub.
Yenicag.az xəbər verir ki, bu barədə Smotsonov Astrofizika Rəsədxanasının Kiçik planetlər mərkəzi məlumat yayıb.
“Orbitin inteqrasiyaları onu göstərir ki, bu obyekt müvəqqəti olaraq Yerə bağlanıb. Heç bir narahatlıq, Günəş radiasiyasının təzyiqi, heç bir süni obyektlə əlaqəsi yoxdur”, – məlumatda qeyd olunub.
Məlumata görə, obyektin ölçüsü 1-6 metr qiymətləndirilir. Obyekt Amur və Apollon asteroidlər qrupuna aiddir.