Yerli futbol klublarının avrokubok SAVAŞI: Komandaların şansı nə qədərdir?

“Qarabağ”ı çıxmaq şərti ilə digər yerli klublar aşağı-yuxarı eyni səviyyədədirlər”.

Bu fikirləri Yenicag.az-açıqlamasında yerli futbol klublarının Avropa Konfrans Liqası şanslarını dəyərləndirən idman jurnalisti Ağa Dadaşzadə deyib.

Onun sözlərinə görə, Peşəkar Futbol Liqası başlamadan öncə turnirin onsuz da gərgin keçəcəyi bilinirdi.

“Peşəkar Futbol Liqası başlamadan öncə turnirin onsuz da gərgin keçəcəyi bilinirdi. “Qarabağ”ı çıxmaq şərti ilə digər yerli klublar aşağı-yuxarı eyni səviyyədədirlər. “Neftçi”, “Sumqayıt”, “Zirə”, “Sabah” komandalarının Avropa Konfrans Liqası taleyi isə son turda-mayın 26-sında məlum olacaq. O zamana kimi nə olacağını demək, düzü, çətindir. Turnir cədvəlinə nəzər yetirsək, “Səbail”ın da şansı var. Hazırda yerli çempionata baxsaq, “Sumqayıt” nisbətən üstündür. Çünki “Neftçi”də eniş yaşanır, “Zirə” qeyri-stabil futbol oynayır, “Sabah”ın da nə oynadığı, təəssüf ki, hələ bilinmir”, – deyə o əlavə edib.

A.Dadaşzadə deyib ki, bunun cavabı son turda olacaq:

“Çünki sözügedən komandalar bu gün o qədər qeyri-stabil, aşağı-yuxarı eyni güclü komandalar olduğuna görə dəqiq nəsə demək, onların hansının avrokuboklara vəsiqə qazanıb-qazanmayacağını demək təbii ki çətindir”.

İsmayıl Bakuvi