!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Yerli istehsal varsa, tibbi maskalar niyə belə baha satılır?” – Ekspertdən ETİRAZ

!Reklam – Yazi

“Burada əsas məqsəd virusa qarşı aparılan mübarizədə dövlətin vətəndaşın yanında olduğunu göstərməkdir”.

Bu sözləri Yenicag.az-a açıqlamasında koronavirus pandemiyası ilə mübarizə çərçivəsində tətbiq olunan məhdudlaşdırıcı addımların təsirlərini şərh edən marketinq və strateji planlama üzrə mütəxəssis Alxan Xələfov deyib.

Alxan Xələfovanın sözlərinə görə, qoruyucu maskaların vətəndaşlara baha qiymətə satılması virusla mübarizədə effektiv nəticələrin əldə olunmasına əngəl törədir:

“Statistikaya əsasən, Azərbaycanda gündəlik tibbi maska istehsalı 500 min, satışı isə 300 min ədəddir. Bəs nə üçün maskalar 30 qəpiyə satılır? Təlabatın çox olması qiymət artımının səbəbi kimi göstərilə bilər. Amma yerli istehsalın mövcud olduğunu unutmamalıyıq.

Virusdan öncə maskanın satış qiyməti 7 qəpik idi. Hazırkı durumda maskanın 30 qəpiyə, hətta öz çalışanları üçün maska almalı olan şirkətlərə maya dəyərindən də baha qiymətə satılması arzuolunan hal deyil.

Bu məsələdə Türkiyənin nümunəsini nəzərə alaraq, maskanın vətəndaşlara pulsuz verilməsi doğru addım olardı. Burada əsas məqsəd virusa qarşı aparılan mübarizədə dövlətin vətəndaşın yanında olduğunu göstərməkdir.

Biz həqiqətən də, virusla mübarizə aparmaq və iqtisadi güc əldə etmək istəyiriksə, maskalar vətəndaşlara pulsuz verilməlidir. Bu addım həm virusa yoluxma hallarının, həm də xəstələr üçün xərclənən vəsaitin tədricən azalmasına təsir göstərəcək”.

Gülşən Şərif

www.yenicag.az

1247
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv