!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Yerli sahibkarlar xarici bazarlara necə çıxsınlar?” – İqtisadçılardan fərqli fikirlər

!Reklam – Yazi

%d0%b1%d0%b5%d0%b7-%d0%b8%d0%bc%d0%b5%d0%bd%d0%b8-1-%d0%ba%d0%be%d0%bf%d0%b8%d1%8fsahibkariq“Strateji Yol Xəritəsi”ndə nəzərdə tutulan tədbirlərdən biri də Azərbaycanda ixrac assosiasiyalarının yaradılması ideyasıdır. Məlum olduğu kimi, Azərbaycan sahibkarını düşündürən başlıca məsələlərdən biri xarici bazarlara çıxış imkanı əldə etməkdir. Bu mənada görəsən, belə bir qurumun yaradılması Azərbaycan sahibkarlarına xarici bazarlara çıxmaq üçün əlverişli imkanlar yarada biləcəkmi?

Məsələ ilə bağlı Yenicag.az-a açıqlama verən İqtisadi və Sosial İnkişaf Mərkəzinin eksperti Rəşad Həsənovun fikrincə, ixrac assosiasiyaları xarici istehlakçılarla Azərbaycan sahibkarları arasında kommunikasiyanın inkişaf etdirilməsinə müəyyən dərəcədə təsir göstərəcək:

“Hazırda Azərbaycan brendinin ən böyük problemlərindən biri ölkədə istehsal olunan məhsulların dünya bazarlarına çıxışında zəif kommunikasiyanın olmasıdır. Yəni azərbaycanlı sahibkar, xüsusilə də kiçik və orta biznes nümayəndələri istehsal etdikləri məhsulun dünya standartlarına uyğunlaşdırılmasında, məhsulun istehsal prosesində beynəlxalq standartların tətbiqində müvafiq standartlaşmanı təsdiq edən sənədlərin əldə olunmasında ciddi problemlərlə üz-üzədir. Rəşad Həsənov ile ilgili görsel sonucuBu baxımdan da yaranacaq ixrac assosiasiyaları belə texniki məsələlərin həllində sahibkarlara kömək ola bilər. Burada ikinci mühüm bir problem ondan ibarətdir ki, sahibkarlar istehsal zamanı ixracın istiqamətləri barədə az məlumatlı olurlar.

Onlar bazarlarda hansı məhsullara tələbatın necə olması barədə ciddi məlumatlara malik deyillər. Bu baxımdan çox hallarda istehsal edilən məhsulların dünya bazarlarında tələbatlılıq səviyyəsi aşağı olur və hətta bir sıra hallarda ümumiyyətlə, mümkün olmur. Düşünürəm ki, ixracat assosiasiyaları bu istiqamətdə sahibkarların məlumatlandırılması və yönləndirilməsinə müəyyən töhvə verəcəklər. Hazırda istehsal olunmuş məhsulların mövcud bazarlara çıxarılmasının yolu və qaydaların təşkili məsələsində sahibkarlar ciddi çətinliklərlə üz-üzədir. Bu, kiçik və orta sahibkarlar üçün başlıca problemlərdən biridir.

“Made in Azərbaycan” brendinin təbliği və təşviqi sərgilərinin keçirilməsi kampaniyası da daxil olmaqla ixrac assosiasiyaları bütövlükdə götürəndə prosesi təşkil etməklə Azərbaycan məhsulunun tanıdılmasını, eyni zamanda xarici istehlakçılarla istehsalçılarımız arasında kommunikasiyanın inkişaf etdirilməsini təmin edə bilərlər. Bütün bunlar da son nəticədə Azərbaycan məhsulunun xarici bazarlara çıxış imkanlarına müəyyən köməklik verə bilər”.

İqtisadçı-ekspert Cümşüd Nuriyev isə düşünür ki, bununla bağlı yeni bir strukturun yaradılması dövlətə heç bir xeyir gətirməyəcək:

Cümşüd Nuriyev ile ilgili görsel sonucu“Əksinə, yeni vəzifələr və yeni iddialar ortaya çıxacaq. Kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi üçün qeyri-neft sektorunda, əsasən də kənd təsərrüfatına və xidmət sektoruna fikir vermək lazımdır. Ölkələr var ki, büdcəsinin yarısından çoxunu xidmət sahəsi və turizm hesabına doldurur. Məsələn, Avropa ölkələrinin əksəriyyətində xidmət sahəsi üstünlük təşkil edir. Azərbaycan da bunu edə bilər. Yəni xırda və orta sahibkarlığı ilk növbədə bu sahəyə meylləndirmək gərəkdir. Hazırda ölkənin qeyri-neft sektoru sahəsində xaricə satacağı məhsullar ancaq ərzaq məhsullarından ibarətdir. Alkoqollu içki və şirələrin xaricə ixracı sahəsində müəyyən irəliləyişlər əldə etmişik. Onların satışını təşkil etmək üçün firmalar var. Belə olan halda yenidən həmin istiqamətdə təzə bir əlavə qurum yaratmağa düşünürəm ki, lüzum yoxdur”.

 

ELÇİN

Yenicag.az

www.yenicag.az

515
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv