!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Yerli serialların reklamsız BAZARI: “Sponsorların üzərindən vergi götürülsə…”- Rüfət Şahbazov

!Reklam – Yazi

“Türkiyənin reklam bazarının qiyməti Azərbaycandan dəfələrlə çoxdur”.

Bunu yerli serial bazarının formalaşmaması səbəblərini əsaslandırarkən tanınmış rejissor Rüfət Şahbazov Yenicag.az-a açıqlamasında deyib.

Onun fikrincə Azərbaycanın serial və kommersiya film bazarı çox cüzi rəqəmlərlə hesablanır:

“Biz çox ucuz qiymətə yerli tamaşaçılar üçün serial çəkirik. Türkiyədə isə əhali sayı reklam bazarına görə, yerli kanallar üçün çəkdiyi seriallar özlərindən kiçik dövlətlərə satışa çıxarılır. Hər şey reklam bazarına bağlıdır. Bizdə bir serialın qiyməti 3 manatdırsa, onlarda 30, hətta 300 manatdır. Türkiyənin dünyaya çıxışı üçün Netfliks bürosu var. Bizdə isə cəmi 5 kanal var, hərəsi də bir günlük, yaxud da 12 seriyalıq seriallar çəkdirir. Telekanallardan başqa da serial bazarına heç bir sponsor pul buraxmır”.

Rejissor reklam bazarının bazardakı tələb təkliflə təyin olunduğunu bildirib:

“Ümumi bir bazar formalaşır və həmin bazarda ehtiyac duyulan məhsullara pul buraxılır. Məsələn, reklam bazarımız toplam 50 manatdırsa, oradan tutalım 10 manat seriala xərclənəcək. Türkiyədə 500 manatdırsa, 50 manat xərclənəcək. Reklam bazarı özü-özünü formalaşdırır. Azərbaycanda əhali, eləcə də telekanalların sayı azdır. Reklam çox ucuzdu. Gəlir də haradandır?Reklamdan. Gələn gəlirin hamısını seriala yönləndirsələr, bəs kanalın digər layihələri, əməkdaşların məvacibi?”

Bizim serialların ölkə xaricinə çıxarılması üçün gərək kimsə maliyyə ayırsın. Amma bazar özü-özünü formalaşdırmalıdır ki, inkişaf getsin, texnika istənilən səviyyədə olsun, aktyorlar yüksək qonorar alsın. Amma biz bir serial çəkəndə kimdənsə icazə alırıq, kimdənsə xahiş edirik. Azərbaycanda serial sənayesi yoxdur. Sənaye olandan sonra, orada inkişaf gedə bilər. Təsəvvür edin, bizdə maşın istehsal edən bazar yoxdur, amma ə sual verilir ki, niyə xaricə maşın satmırıq. Niyə almanlar maşın satır, amma biz sata bilmirik. Çünki bizdə o bazar yoxdur. Başqa yerlərdən hissələri alırıq, maşın yığıb satırıq”.

R.Şahbazov bu qənaətdədir ki, əgər Arbaycanda yerli kino və serial sahəsinə pul buraxan sponsorların üzərindən vergi götürülsə, serial bazarına saysız-hesabsız iş adamları sərmayə yatıracaq:

“Bu məsələ həll olunsa, bir çox sponsorlar şirkətlərinin gəlirini bu sahəyə yönəldəcək. Bu da serial sektorunun inkişafına kömək edəcək. Yəni bir-iki il ərzində serial bazarına pul ayıran şirkətlər vergidən azad olunsun. Bu da zamanla müəyyən oulnacaq. Maliyyəni qazanmaq lazımdır ki, müəyyən miqdarını da seriallara qoyasan. Serial da kanalların layihələrinin balaca bir hissəsidir. Bu da biznesdir. Bizdə də reklam bazarı genişlənər, telekanalların sayı artar”.

Cəvahir

www.yenicag.az

1180
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv